“Zirvə” Beynəlxalq İdman Klubunun açıq birinciliyi keçirildi
Martın 25-də cüdo üzrə 1998-2000-ci il təvəllüdlü oğlan və qız yeniyetmələr arasında “Zirvə” Beynəlxalq İdman Klubunun açıq birinciliyi keçirildi. Masazırdakı İdman Kompleksimizdə baş tutan turnirdə 70-ə yaxın idmançı medallar uğrunda mübarizə apardı.

Yarışda “Zirvə” BİK-in Sumqayıt, Bakı, Abşeron və İsmayıllı filiallarının, həmçinin Sumqayıtın 2 saylı UGİM və İOEUGİM, həmçinin Bakının Yasamal UGİM-1 nümayəndələri tatami üzərinə çıxıblar.

Maraqlı mübarizə şəraitində keçən yarışda klubumuzun üzvləri fərqləniblər. “Bakı-Zirvə” cüdoçuları 3 qızıl, 2 gümüş və 1 bürünc medalla komanda hesabında turnirin qalibi olublar. İkinci yeri Sumqayıtın 2 saylı UGİM-i, üçüncü yeri isə “Sumqayıt-Zirvə” idmançıları tutublar.

Xəbər 805 dəfə oxundu.