Olimpiya çəki dərəcələrində Avropa çempionatı
Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində 25–29 mart 2015-ci il tarixlərində taekvondo üzrə ilk dəfə olaraq “Olimpiya çəki dərəcələrində Avropa çempionatı” keçiriləcək.Kişilərdən ibarət yığma komandasının baş məşqçisi Reza Mehmandoust Soumaehsaraeinin və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə bu yarışda ölkəmizi Mikayıl Əliyev, Kamil Abdurrazakov (hər ikisi -58 kq), Ayxan Tağızadə,Sina Bahrami (hər ikisi -68 kq), Səid Quliyev (-80 kq), Radik İsaev və Ahmad Mohammadi (hər ikisi 80 +kq) təmsil edəcək.
Qeyd edək ki, reytinq xarakterli “G1” kateqoriyalı Avropa çempionatında I, II və III yeri tutan idmançılar müvafiq olaraq 10, 6 və 3.6 xal toplayacaq.
Yarışda ölkəmizi hakim qismində ATF-in beynəlxalq dərəcəli hakimi Elşad Məmmədov təmsil edəcək.

Xəbər 908 dəfə oxundu.