Dənizkənarı Milli Parkda “Bakı-2015”in təqdimatı
Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər. Onlar bayram şənliyində nümayiş etdirilən “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı təqdimata baxaraq, müxtəlif növlər üzrə idmançıların çıxışlarını izləyiblər.

Təqdimat mərasimində Azərbaycan Velosiped Idmanı Federasiyasının nümayəndələri də olublar. Federasiyamızın təqdimatı şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Bakı-2015 ilk Avropa Oyunlarının proqramına velosiped idmanının şosse, BMX və MTB növləri daxildir.

Xəbər 752 dəfə oxundu.