Prosineçki oyundan razı qalıb
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı oyunu şərh edib. Xorvatiyalı mütəxəssis 2:0 hesablı qələbə ilə bağlı bunları söyləyib: "Bu qələbə Azərbaycan xalqına Novruz hədiyyəsidir. Oyundan razı qaldım. Bütövlükdə, pis oynamadıq. Amma daha yaxşı oynaya bilərik. Çalışmalarımızı davam etdirməliyik. Nəticə oyuna görə oldu".

Xəbər 818 dəfə oxundu.