Debütant “Fakel”lə qarşılaşacaq
“Sumqayıt” klubu Türkiyə toplanışı vaxtı qarşılaşacağı daha bir sınaqçı-rəqibin kimliyinə aydınlıq gətirib. İdman.com.az saytının məlumatına görə, azerisport.az-a müsahibəsində bu barədə baş məşqçi Bernard Raab məlumat verib. Almaniyalı mütəxəssisin sözünə görə, bu, Rusiyanın birinci divizion təmsilçisi “Fakel”dir. Görüşün dəqiq keçirilmə vaxtı məlum deyil.
Qeyd edək ki, Sumqayıt təmsilçisi Antalya toplanışı zamanı şimal komandası ilə yanaşı, Qazaxıstanın “Jetısu” və Almaniyanın “Paderborn” klubları ilə də qarşılaşacaq.

Xəbər 1127 dəfə oxundu.