CEV rəhbərliyi Bakıya gəlib
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer və vitse-prezident Yan Xronik yenidən Bakıya gəliblər. Voleybol Federasiyasından verilən məlumata görə, səfərdə məqsəd Bakı-2015-ə hazırlıqların gedişatı ilə tanış olmaqdı. CEV rəhbərliyi iyunda paytaxtımızda baş tutacaq ilk Avropa Oyunları ilə bağlı Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevlə görüşərək, bir sıra müzakirələr aparıb. Həmçinin, ölkəmizdə 2 günlük səfərdə olacaq Meyerlə Xronik Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin rəsmiləri ilə son hazırlıqlar barəsində də söhbət edib, öz tövsiyələrini veriblər.

Qeyd edək ki, Bakı-2015-də klassik və çimərlik voleybolu üzrə yarışlar olacaq.

Xəbər 769 dəfə oxundu.