“Reykyavik Open 2015” beynəlxalq şahmat turniri yekunlaşıb
İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən “Reykyavik Open 2015” beynəlxalq şahmat turniri yekunlaşıb. İsveçrə sistemi ilə 10 turdan ibarət keçirilən yarışın qalibi, aktivinə 8.5 xal yazan Niderlandlı Ervin Lami oldu. Sonuncu turda Hindistan təmsilçisi Abhiyet Qubta ilə sülh bağlayan Şəhriyar Məmmədyarov isə 7.5 xalla turniri 6-cı yerdə başa vurdu. Zeynəb Məmmədyarova isə rəqibinə məğlub olaraq aktivinə 4.5 xal yaza bilib.

Xatırladaq ki, turnirdə 37 ölkədən 275 zəka sahibi iştirak edirdi.

Xəbər 912 dəfə oxundu.