G.Aqzamovun xatirəsinə həsr olunmuş turnirin başa çatmasına 2 tur qaldı
Daşkənddə keçirilən,beynəlxalq qrossmeyster Qeorgiya Aqzamovun xatirəsinə həsr olunmuş 9-cu beynəlxalq şahmat turnirində 7-ci turun oyunları yekunlaşıb. Həmyerlimiz Eltac Səfərli 7-ci turda yerli şahmatçısi Marat Cumayevlə heç-heçə edib.

Beləliklə, 7 turdan sonra Eltac Səfərli aktivinə 5 xal yazaraq 6-15-ci yerləri bölüşdürür. Rusiya təmsilçisi Vladislav Artemiev və Fransalı Vladislav Tkaciyev hərəyə 6 xal toplayaraq turnirə liderlik edirlər.

Turnir isvecrə sistemi ilə 9 turdan ibarət keçirilir və martın 20-də başa çatacaq.

Xəbər 914 dəfə oxundu.