Basketbol üzrə Azərbaycan millisi “Novruz-2015” beynəlxalq turnirində ilk oyununu keçirib
Qırğızıstanın paytaxtı Bişkekdəki Kojomkula adına idman sarayında basketbol üzrə ənənəvi “Novruz-2015” beynəlxalq turniri davam edir.

Yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan yığması, “Universitet” (Özbəkistan), “Kapşaqay”, “Kaspiy” (hər ikisi Qazaxıstan) və yerli “Tullar SKİF” komandaları mübarizə aparır.

Turnirin dördqat qalibi olan Azərbaycan millisi ilk görüşünü “Kapşaqay” komandasına qarşı keçirib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 80:69 hesabı ilə Qazaxıstan təmsilçisinin xeyrinə başa çatıb.

Millimiz ikinci tur çərçivəsində martın 18-də “Universitet” kollektivi ilə üz-üzə gələcək.

Yarışa martın 21-də yekun vurulacaq.


Xəbər 858 dəfə oxundu.