UEFA çempionlar liqasının 1/8 finalının daha iki cavab qarşılaşması oynanılacaq
Martın 18-də UEFA çempionlar liqasının 1/8 final mərhələsinin daha iki cavab qarşılaşması oynanılacaq.

İspaniyanın “Barselona” komandası İngiltərənin “Mançestr Siti”, Almaniyanın “Borrusiya” (Dortmund) komandası isə İtaliyanın “Yuventus” klubunu qəbul edəcək. Xatırladaq ki, ilk oyunlar “Barselona” və “Yuventus”un 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Dünən keçirilən qarşılaşmalarda 1/4 final mərhələsinin iki iştirakçısı məlum olub. “Atletiko” (Madrid, İspaniya) – “Bayer” (Leverkuzen, Almaniya) qarşılaşmasının qalibi oyundan sonrakı penalti zərbələri ilə müəyyənləşdirilib. Onbirmetrlik zərbələri daha dəqiq yerinə “Atletiko” növbəti mərhələyə yüksəlib. “Arsenal” (İngiltərə)” səfərdə Fransanın “Monako” klubunu 2:0 hesabı ilə məğlubiyyətə uğratsa da, bu, ümumi hesabda qələbə üçün kifayət etməyib.

Xəbər 838 dəfə oxundu.