Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək
Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək.

Turun bütün görüşləri bu günə nəzərdə tutulub.

“Simurq” səfərdə autsayder “Bakı” ilə qarşılaşacaq. Matçın favoriti Zaqatala təmsilçisi olsa da, paytaxt klubu rəqibindən xal almağa çalışcaq.

Lider “Qarabağ” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. Ağdam təmsilçisi oyunun aşkar favoriti sayılır.

Son vaxtlar uğursuz nəticələri ilə yadda qalan “Xəzər Lənkəran” səfərdə AZAL-ın qonağı olacaq.

Günün son oyunu da paytaxtda keçiriləcək. Burada çempionluğa iddiasını davam etdirən “İnter” “Qəbələ”ni qəbul edəcək.





18 mart (çərşənbə)

Azərbaycan Premyer Liqası, XXVI tur

15:00. “Bakı” – “Simurq”
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Coşqun Həsənov, Xəlil Xəlilov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, ehtiyat meydança

16:00. AZAL - “Xəzər Lənkəran”
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Elşən Acalov, İsgəndər Əliyev
“AZAL Arena”

16:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Yaşar Abbasov
“Kapital Bank Arena”

18:00. “İnter” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Munis Abdullayev
"İnter Arena"

Xəbər 848 dəfə oxundu.