Elnarə Abbasova fəxri kürsüdə
12-17 mart tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək ağır atletika üzrə kişi və qadınlar arasında İslam Həmrəyliyi İdman Federasiyalarının III çempionatı davam edir. Qadınların yarışında Azərbaycanı təmsil edən Elnarə Abbasova ona olan etimadı doğruldub.

“Qazax-Zirvə” İdman Klubunun nümayəndəsi 63 kq çəki dərəcəsində mübarizə aparıb. O, toplamda 172 kq (77+95) nəticə göstərərək gümüş medala yiyələnib.

Xəbər 910 dəfə oxundu.