"Qarabağ" "Sumqayıt"la oyunun hazırlığını başa vurdu
"Qarabağ" "Sumqayıt"la oyuna hazırdır. Premyer Liqanın 26-cı turunda eyniadlı şəhərin komandasının qonağı olacaq Ağdam klubu ötən gün sonuncu məşqini edərək oyuna hazırlıqlarını bitirib. Ağdamlıların yekun məşqi 1 saat davam edib. Məşq komandanın bazasında baş tutub.

Qeyd edək ki, bu gün "Sumqayıt"dakı "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma 16:00-da baş tutacaq.

Xəbər 791 dəfə oxundu.