Lənkəranlı karateçilər bu ay keçiriləcək üç böyük yarışa hazırlaşırlar
Lənkəranın gənc karateçiləri bu ay keçiriləcək üç böyük yarışa ciddi hazırlaşırlar.

Rayon yığma komandasının baş məşqçisi Yalçın Rzayev bildirib ki, həmin yarışların ikisi Bakı şəhərində, biri isə Lənkəranda təşkil olunacaq.

Bakıda karatenin “VKT” və “Je Boksinq” növləri üzrə respublika çempionatı, Lənkəranda isə Novruz bayramına həsr olunan karate üzrə açıq rayon birinciliyi keçiriləcək.

İdmançılar fevral ayının sonlarından etibarən təlim məşqlərinə başlayıblar. Təlim məşqləri hazırlıq planına uyğun olaraq həm fiziki, həm də taktiki sxem üzrə keçirilir.

Bakıda keçiriləcək yarışlara komandanın 10 idmançısından ibarət əsas, Lənkəranda təşkil olunacaq yarışa isə həm əsas, həm də ikinci heyət cəlb olunacaq.

Baş məşqçi deyib ki, əsas məqsədləri beynəlxalq turnirlərdə ölkəmizi təmsil etmək olduğundan bu yarışlar onlar üçün xüsusi əhəmiyyət daşıyır. Çünki hər döyüşdə əldə olunan təcrübə idmançıların qələbə əzmini daha da artırır.

AZƏRTAC

Xəbər 884 dəfə oxundu.