14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan Çempionatı
Respublika Şahmat Mərkəzində 14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan Çempionatına start verilib.Çempionat bütün yaş qruplarında dairəvi sistem üzrə keçirilir.Yarışda ümumilikdə 60 zəka sahibi çempion adı uğurunda mübarizəyə qoşulub.Bütün yaş qrupları üzrə 1-ci yeri tutan şahmaçılar Dünya Çempionatına, 2-ci yerin sahibləri isə Avropa Çempionatına vəsiqə əldə edəcəklər.Qaliblər qiymətli hədiyyələrlə,Respublika Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaqlar.

Xəbər 1235 dəfə oxundu.