Azərbaycanlı taekvondoçular “Dutch Open” beynəlxalq turnirində medallar qazanıblar
Hollandiyanın Eyndhoven şəhərində keçirilən taekvondo üzrə “Dutch Open” beynəlxalq turniri başa çatıb.

Yarışda ölkəmizi böyüklərdən ibarət taekvondo üzrə Azərbaycan yığma komandası təmsil edib.

Turnirə 19 idmançı ilə qatılan komandamızın iki üzvü medal qazanıb.

Qadın taekvondoçulardan Patimat Abakarova (49 kq) final döyüşündə serbiyalı Tijana Boqdanoviçə məğlub olaraq gümüş medala layiq görülüb.

Kişi taekvondoçularun yarışında isə sonuncu Avropa çempionatının qalibi Radik İsayev (87 kq) yarımfinalda Koreya Respublikası təmsilçisi Cha Dong Minə məğlub olaraq turniri bürünc medalla başa vurub.
Yığma komanda martın 17-də vətənə dönəcək.
AZƏRTAC

Xəbər 797 dəfə oxundu.