“Simurq” Azərbaycan kubokunun yarımfinalına vəsiqə qazanıb
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinalçıları müəyyənləşib.

İki oyunun nəticəsinə əsasən (3:0, 0:0) “Qəbələ”ni məğlub edən “Simurq” tarixində ilk dəfə bu mərhələyə yüksəlib. İndiyədək kubokun yarımfinalına vəsiqə qazana bilməyən Zaqatala təmsilçisi buna nail olan 27-ci klubdur.

Belə ki, 1992-ci ildən bunadək əvvəlki 22 mövsümdə 26 komanda ən güclü 4 klub sırasına düşə bilmişdi. “Neftçi” hamıdan çox – 14-cü, “Qarabağ” 12-ci dəfə bunu bacarıb. “İnter” isə 8-ci uğuru ilə “Bakı” və “Xəzər Lənkəran”a çatıb.

Yarımfinalda “Neftçi” klubu “İnter” ilə, “Qarabağ” komandası isə “Simurq” ilə qarşılaşacaq. Yarımfinal mərhələdə ilk oyunlar aprelin 13-də, cavab qarşılaşmaları isə aprelin 21-də keçiriləcək.
AZƏRTAC

Xəbər 835 dəfə oxundu.