“Koka-Kola məktəbli kuboku” turnirinin final oyunu keçirilib
Martın 12-də Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında start götürmüş “Koka-Kola məktəbli kuboku” turnirinin final oyunu keçirilib.

Yekun nəticələrə görə birinci yerə 83 saylı məktəb-lisey, ikinciyə 244 saylı, üçüncüyə 299 saylı məktəb-liseyin komandası layiq görülüb.

Qaliblər diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 1267 dəfə oxundu.