Bakının “Rabitə” voleybol klubu Krasnodarın “Dinamo” komandası ilə qarşılaşacaq
Bakının qadınlardan ibarət “Rabitə” voleybol klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib.

Azərbaycan çempionu Rusiya kubokunun sahibi Krasnodarın “Dinamo” komandası ilə qarşılaşacaq. Rusiya təmsilçisi turnirin “Çelenc raund” mərhələsində Fransanın “Nant” kollektivini yarışdan kənarlaşdırıb. “Rabitə” isə bu mərhələdə digər Fransa klubu “Beziers”dən üstün olub.

Komandalar arasında ilk oyun martın 24-də Krasnodarda, cavab görüşü isə martın 28-də Bakıda təşkil olunacaq.

Xəbər 901 dəfə oxundu.