Stend atıcılığı üzrə dünya kuboku yarışlarında Azərbaycanı 6 idmançı təmsil edəcək
Martın 21-dən 28-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində stend atıcılığı üzrə dünya kuboku yarışları keçiriləcək.

Turnirdə Azərbaycanı 6 idmançı təmsil edəcək.

Stend atıcılığının tranş növündə Əlimirzə Quliyev, Elvin İsmayılov, Alina Rafiqxanova, dairəvi yarışlarda isə Paşa Əhədpur, Emin Cəfərov və Nurlanə Cəfərova birincilik uğrunda yarışacaqlar.


Xəbər 1046 dəfə oxundu.