“Azərbaycanın millisi Avropanın ən güclü komandalarından biridir”
V Bakı Beynəlxalq Futzal Turnirində bu gün keçirilmiş Azərbaycan – Özbəkistan oyunundan sonra rəqibin baş məşqçisi Joze Maria Pazos Mendez matçla bağlı fikrini dilə gətirib. İdman.com.az xəbər verir ki, o, komandasının məğlubiyyətinə belə şərh edib:

“Bərabər səviyyəli oyun oldu. Hücumda zəif oynamağımıza baxmayaraq, qol epizodları yarada bildik. Azərbaycanın millisi Avropanın ən güclü və perspektivli komandalarından biridir”.

Xəbər 986 dəfə oxundu.