Qobustan rayon birinciliyi keçirilib
26 fevral – 5 mart tarixlərdə Qobustan İdman Kompleksinin futbol meydanında 5 Mart – “Bədən tərbiyəsi və İdman günü”nün 10 illiyi münasibəti ilə 9-11 yaşlı oğlanlar arasında Qobustan rayon Uşaq Gənclər İdman məktəbinin birinciliyi keçirilib. Turnir iştirakçıları, UGİM-nin rəhbərliyi, məşqçi-müəllim kollektivi və gənc idmançılar yarışdan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş və ehtiramlarını bildiriblər. Turnirdə UGİM-nin futbol bölməsinin qruplarından ibarət 6 komandada 90 futbolçu iştirak edib. Oyunlar son dərəcə maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib. Komandalar, yarışın əsasnaməsinə uyğun olaraq, əvvəl 2 qupda mübarizə aparılıb, sonra isə 1-ci və 2-ci yerləri tutan komandalar kubok sistemi ilə turniri davam ediblər. Turnirin final görüşündə məşqçi-müəllim Fuad Mehbalıyevin yetirmələrindən ibarət komanda, ən sərrast hücumçusu Murad Məmmədovun vurduğu qollarla məşqçi-müəllim Rəfail Şıxməmmədovun yetirmələrinə 2:0 hesabı ilə qalib gələrək 1-ci yeri yüksəliblər. 3-cü yer uğrunda mübarizədə məşqçi-müəllim Fədail Babayevin komandası məşqçi-müəllim Teyyub Babayevin yetirmələrinə 2:1 hesabı ilə qalib gəliblər.

Turnirin qalibləri Gənclər və İdman idarəsinin diplomları və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Gənc futbolçulardan Abdulla Qədirov “ən yaxşı qapıçı”, Xəzər Aslanov “ən yaxşı müdafiəçi”, Ramin Abıyev “ən yaxşı yarımmüdafiəçi”, Murad Məmmədov isə “ən yaxşı hücumçu” kimi xüsusi mükafata layiq görülüblər.

Xəbər 894 dəfə oxundu.