Pauerliftinq üzrə Azərbaycan çempionatı AAAF Park-da keçiriləcək
Martın 14-15-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında Pauerliftinq üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək. Turnirdə 100-dən çox atlet medallar uğrunda mübarizə aparacaq.

Ölkənin bütün bölgələrindən çempionata qatılacaq idmançıları körpücük üzərində izləmək istəyənləri zalımıza dəvət edirik. Yarış martın 14-ü, saat 10.00-da başlayır.

Xəbər 1051 dəfə oxundu.