İlk gündə 5-ci yer
Bu gün Qazaxıstanın Almatı şəhərində cüdo üzrə “World Masters” beynəlxalq turniri start götürüb. İdman.com.az saytnın məlumatına görə, rəqabətin ilk günündə bizdən tatami üzərinə İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) çıxıblar. Bu idmançılarımız arasında ən yaxşı nəticəni sonuncu adı çəkilən cüdoçu göstərib. 1/4 finalda yaponiyalı Mikki Tanakaya uduzan Ramilə Yusubova, 5-ci yer tutub
Sabah milli komandamızdan mübarizəyə Elnur Məmmədli (81 kq) və Elxan Məmmədov (90 kq) qoşulacaqlar.

Xəbər 1057 dəfə oxundu.