Fərəcov Eldar Məmməd oğlu
Fərəcov Eldar Məmməd oğlu 16 mart 1942-ci ildə Bakı şəhərində anadan olub.
1970-ci ildən əmək fəaliyyətinə 240 saylı orta məktəbdə başlayıb və 1980-cı ildə «Xalq Təhsili əlaçısı» döş nişanı ilə təltif olunub. 1981-ci ildən Nizami rayon Bədən tərbiyəsi və İdman Komitəsinin sədri vəzifəsində çalışıb və 1982-ci ildə Nizami rayon Sovetinin deputatı seçilib. 1990-cı ildə “Bədən Tərbiyəsi və İdman əlaçısı” döş nişanı ilə təltif olunub. 1992-ci ildən Nizami rayon İOEUGİM-də direktor vəzifəsində çalışır. Bu dövrlərdə məktəbin yetirmələri idman akrobatikası üzrə kişilərdən ibarət dördlük 1993-cü ildə Dünya çempionu adına, cüdoçulardan Rəsul Səlimov Sidney Olimpiadasında V yerə, Ramilə Usubova isə 2003-cü ildə Avropa çempionu adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1547 dəfə oxundu.