Xəzər İsayev: «Yarışın ildən-ilə inkişafı göz qabağındadır»
«Bir zamanlar özü də güləşçi olmuş şəhid Müşfiq İsayevin xatirə turnirində yeniyetmə güləşçilərimiz qalib gəlmək üçün var qüvvələrini sərf edirlər. Bu təkcə Müşfiq İsayevin yox, bütün şəhidlərimizin xatirəsinə həsr olunmuş turnirdir. Sevindiricidir haldır ki, elə turnirin ilk günündən yeniyetmə güləşçilərimiz çoxlu qələbələr qazanıblar. Komandamız ən yüksək nəticə əldə edəcəyinə inanıram».

Bu sözü idman.com.az saytına Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev deyib.
20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmə sərbəst güləşçilər arasında beynəlxalq turnirdə iştirak edən MOK üzvü bildirib ki, bu tədbirə maraq ildən-ilə artır:

«Turnirin günü-gündən inkişafı göz qabağındadır. Bunu yarışları izləyən xarici komandaların rəsmiləri də dönə-dönə etiraf edirlər. Budəfəki turnirdə iştirak edən xarici komandaların sayı artdığı kimi, yarışların rəqabət səviyyəsi də yüksəlib. Yarışların nəticələrinə əsasən, yeniyetmələrdən ibarət Azərbaycan yığmasına layiqli idmançılar seçilir. Yeniyetmə güləşçilər arasında keçirilən beynəlxalq turnir Avropa, dünya birinciliklərinə seçim xarakteri daşıması baxımından da böyük önəm daşıyır».

Leyla Qurbanova

Xəbər 1075 dəfə oxundu.