Yevgeni Nayer kişilər arasında Avropa Çempionu oldu
İsraildə keçirilən kişilər arasında şahmat üzrə Avropa çempionatı başa çatıb. Yarışda 33 ölkədən 118-i qrossmeyster olmaqla 250 şahmatçı birincilik uğurunda mübarizə aparırdı.

Ölkəmizi qitə çempionatında Rauf Məmmədov, Nicat Abbasov və Vüqar Rəsulov təmsil edirdilər.

Çempionatın qalibi 11 oyundan 8.5 xal toplayan Rusiya şahmatçısı Yevgeni Nayer oldu.

Təmsilçilərimizdən Rauf Məmmədov aktivinə 7 xal yazarq 27-42-ci yerləri bölüşdürüb. Nicat Abasov və Vüqar Rəsulov isə 5.5 xal toplayaraq 115-ci və 129-cu pillədə qərarlaşıblar.

Qeyd edək ki, yarışın əsasnaməsinə görə çempionatda ilk 23 yeri tutan şahmatçılar Dünya Kubokuna vəsiqə qazanıblar.

Xəbər 784 dəfə oxundu.