Brayda:"Messini Mançester Siti və PSG transfer etmək istəyir"
Barselonanın yeni idman direktoru Andrea Brayda Lionel Messiyə olan təklifılər haqda danışıb. Xatırladaq ki, Brayda fevralın 12-də klubun idman direktoru vəzifəsinə təyin edilib.

Onun sözlərinə görə hazırda Avropanın 2 klubundan real təklif var. Bu klublar Mançester Siti və PSG-dir. Messinin transfer dəyəri 205 milyon funt sterlinqdir. Argentinalı futbolçunun 2019-cu ilə qədər müqaviləsi var. Dünən keçirilən oyunda Lionel Messi növbəti xet-triki ilə yadda qalıb.

Xəbər 800 dəfə oxundu.