Şəhid Müşfiq İsayevin xatirəsinə həsr olunmuş yarışın açılışı keçirilib
Bu gün “Sərhədçi” Olimpiya-İdman Mərkəzində 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə yeniyetmə sərbəst güləşçilər arasında ənənəvi beynəlxalq turnir keçirilib. İdman.com.az saytının məlumatına görə, final mərhələsindən öncə yarışın açılışı keçirilmişdir. Mərasimində Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov, Gənclər və İdman Nazirliyi idman şöbəsinin müdiri Mirkamil Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev ölkəmizdə güləş məktəbinin ənənələrindən söz açmış və gənclərin vətənpərvərlik tərbiyəsində bu cür tədbirlərin vacibliyini vurğulayıblar.
Natiqlər son dövrlərdə idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışını qeyd edib və bu işdə dövlətin idmana qayğısını xüsusi qeyd ediblər. Onlar ölkəmizdə idmanın, o cümlədən, güləşin inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Sonra şəhid Müşfiq İsayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Dövlət himni səsləndirildikdən sonra təntənəli açılış bədii hissə ilə başa çatıb.

Xəbər 1230 dəfə oxundu.