Futbol üzrə rayon turniri keçirilib
3-5 mart “Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş məktəblilər arasında mini futbol üzrə rayon turniri keçirilib.

Ağcabədi şəhər 11 saylı tam orta məktəbin mini futbol meydançasında 88 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Mini futbol idman növünün rayonda inkişaf etdirilməsi olub.

Sonda birinci yerə 11 saylı, ikinciyə 3 saylı, üçüncü yerə, üçüncüyə 12 saylı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 858 dəfə oxundu.