Atletika üzrə rayon çempionatı
Martın 4-də Astara Olimpiya İdman Kompleksində kross üzrə qızlar (1500 m) və oğlanlar (3000 m) arasında rayon turniri keçirilib.

Yarışda 140 idmançı mübarizə aparıb. Qızlar arasında 2000 metr məsafəyə kros qaçışda birinci, ikinci və üçüncü yerləri müvafiq olaraq Aytən Quliyeva (şəhər 3 saylı tam orta məktəbi), Vüsalə Məmmədova (Şəhər 3 saylı tam orta məktəbi) və Səidə Ağayeva (şəhər 5 saylı tam orta məktəbi); oğlanlar arasında Məmmədov Sənan (şəhər 3 saylı tam orta məktəbi), Neyməddin Qənizadə (Səncərədi kənd tam orta məktəbi) və Orxan Cabbarov (Artupa kəndi tam orta məktəbi) layiq görülüb.

Qalib idmançılar Rayon Gənclər Rayon Gənclər və İdman İdarəsinin diplom, medal və hədiyyələrinə layiq görülüblər.

Xəbər 822 dəfə oxundu.