Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi mətbuat nümayəndələri üçün akkreditasiyadan keçmə müddətini uzatdı
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin bugünkü elanına əsasən bu yay keçiriləcək birinci Avropa Oyunları üçün mətbuat nümayəndələrinin akkreditasiyadan keçmə müddəti rəsmi olaraq uzadılmışdır.

Akkreditasiyadan keçmək üçün son tarix ilkin olaraq cümə günü, 6 mart tarixi seçilmişdir, lakin mətbuat nümayəndələri tərəfindən göstərilən böyük maraq və ərizələri təqdim etmək üçün daha çox vaxtın olması ilə bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq həmin tarix cümə günü, 3 aprelədək uzadıldı.

Bakı 2015 Avropa Oyunlarını işıqlandırmaqda maraqlı olan mətbuat nümayəndələrinə akkreditasiyadan keçmək üçün son tarixdən öncə müraciət etmələrini tövsiyə edirik, çünki həmin tarixdən sonrakı müraciətlər qəbul edilməyəcəkdir. Təsdiqini tapdıqdan sonra beynəlxalq mətbuat nümayəndələrinə Azərbaycana daxil ola bilmələri üçün viza xidməti göstərəcək kart göndəriləcəkdir.

Yerlərin sayı məhdud olduğundan mətbuat nümayəndələrini yeni tikilmiş Media Kəndində otaq (səhər yeməyi daxil olmaqla bir gecə üçün 50 Avro və ikinəfərlik iki çarpayısı olan otaq üçün bir gecəsi 65 Avro) bron etməyə çağırırıq. Atletlər Kəndinin yanında yerləşən Media Kəndi bütün Bakı 2015 obyektləri üçün nəqliyyat qovşağı rolunu oynayacaq və orada iş və iaşə obyektləri yerləşəcək.

Akkreditasiya forması ilə bağlı müraciətinizi 3 aprel 2015-ci il tarixinədək bu ünvana göndərməyiniz xahiş olunur: pressoperations@baku2015.com

Xəbər 1020 dəfə oxundu.