Samuxda stolüstü tennis üzrə rayon birinciliyi keçirilib
3-4 mart tarixlərdə Samux şəhər 2 saylı orta məktəbin idman zalında yeniyetmələr arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilib. Birincilikdə Uşaq Gənclər idman məktəbinin bölmələri arasında 50 nəfər idmançı iştirak edib.

Eyni zamanda məktəbin bölmələrinin idmançıları arasında şahmat oyunu üzrə rayon birinciliyi keçirilib. Birinilikdə 60 nəfər zəka sahibi qızıl medal uğrunda mübarizə aparı.

Keçirilən idman yarışlarının final görüşündə Samux rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayev iştirak edib, qalibləri diplom, medal və hədiyyələrlə mükafatlandırıb.

Daha sonra İdmançıların Peşə Bayramı münasibəti ilə Gənclər və İdman İdarəsi ağacəkmə kompaniyası keçirib. Kompaniyada rayon idmançları və gəncləri yüksək fəallıq göstərib. Heydər Əliyev prospekti boyu 500-dən artıq ağac əkilib.

Xəbər 1085 dəfə oxundu.