Samuxda rayon açıq birinciliyi keçirilib
Martın 1-də Samux rayonu Lək kəndinin tam orta məktəbin idman zalında sərbəst güləş üzrə Samux rayon açıq birinciliyi keçirilib. Birincilikdə Samux rayonundan 4 (Poylu, Sərkar, Qarayeri və Lək), Gəncə şəhərindən 2 (Gəncə və Zenit) və Tovuz rayonundan 2 komanda ümumilikdə 100 idmançı qızıl medal uğrunda mübarizə aparıb.

Sonda qaliblər Samux Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 915 dəfə oxundu.