İlin ən varlı futbolçuları müəyyənləşdi
Goal.com portalı ənənəvi illik reytinqini dərc edib. Bu reytinqdə dünyanın ən varlı futbolçularının siyahısı göstərilir. Reytinq təkcə məvacib deyil , digər gəlirləri də nəzərə alaraq tərtib edilir.

Ardıcıl 2-ci il reytinqə Real Madridin forvardı Kriştiano Ronaldo başçılıq edib. Onun varidatı 210 milyon avro dəyərində göstərilir.

İlk onluğa düşən futbolçuların tam siyahısı isə belədir:

1. Kriştiano Ronaldo («Real») – 210 мilyon avro
2. Lionel Messi («Barselona») – 200
3. Neymar(«Barselona») – 135
4. Zlatan İbrahimoviç («PSG») – 105
5. Ueyn Runi («Mançester Yunayted») – 103
6. Кака («Orlando Siti») – 96
7. Samuel Eto’О («Sampdoriya») – 87
8. Raul(«Nyu York Kosmos») – 85
9. Ronaldinyo(«Keratero») – 83
10. Frenk Lempard («Mançester Siti») – 80.

Xatırladaq ki, 2013-cü ildə reytinqdə 1-ci sırada Devid Bekhem qərarlaşmışdı.

Xəbər 978 dəfə oxundu.