Avro-2020 Türkiyədə?
Almaniya Futbol İttifaqının (AFİ) yeni prezidenti olacaq Volfqanq Nyersbax maraqlı açıqlama verib. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, Almaniyanın məşhur “Bild” qəzeti bu şəxsin UEFA-nın 2020-ci il Avropa çempionatının Türkiyədə keçiriləcəyinə qərar verəcəyini dediyini yazıb. Nyersbax qitə futbol qurumunun kulislərində bu haqda danışılan fikrin reallaşacağını bildirib.

Onun sözünə görə, 3 dəfə Avropa çempionatını keçirmək üçün namizədliyini verən, ancaq müraciəti sonda nəticəsiz qalan Türkiyə Avro-2020-yə ev sahibliyi əldə edə biləcək. Qardaş ölkə Avro-2016 ilə bağlı buna çox yaxın olsa, rəqibi Fransaya cəmi 1 səs uduzdu. Belə ki, UEFA-nın İcraiyyə Komitəsində prezident Mişel Platininin ölkəsinə 7, Türkiyəyə 6 səs verilmişdi.

Avro-2020-nin hansı ölkədə keçiriləcəyinə 2014-cü ilin mayında qərar veriləcək. Nyersbax isə AFİ-nin bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində yeganə namizəd kimi baxılır. Onun bu vəzifəyə seçilərək, gələn il UEFA-nın İcraiyyə Komitəsinə gətiriləcəyi deyilir. Bu səbəbdən məsul yarışın Türkiyədə keçiriləcəyini deyən alman funksioner 2014-cü ildəki səsvermədə qatılıb, bu ölkənin xeyrinə səs verə biləcək.

Xəbər 1065 dəfə oxundu.