Əliyar Ağayev təyinat alıb
FİFA dərəcəli referimiz Əliyar Ağayev 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçiriləcək Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinat alıb.

Referimiz turnirin II qrupunun oyunlarını idarə edəcək.

Ə.Ağayev martın 26-da keçiriləcək Slovakiya - Almaniya görüşünün baş hakimi olacaq. Ona həmyerlimiz Zeynal Zeynalov və belçikalı referi Tibo Nijsen köməklik edəcək.

Əliyar Ağayevin idarə edəcəyi digər oyun İrlandiya - Slovakiya matçı olacaq. Martın 31-də keçiriləcək görüşdə referimizə Zeynal Zeynalov və almaniyalı hakim Eduard Beytinqer köməklik edəcək.

Qeyd edək ki, Ağayev martın 28-də keçiriləcək Almaniya - İrlandiya oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək.




26 mart

Slovakiya - Almaniya
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov (hər ikisi Azərbaycan), Tibo Nijsen (Belçika)
Dördüncü hakim: Conatan Lardot (Belçika)



28 mart

Almaniya - İrlandiya
Hakimlər: Jens Maye, Amir Sabiç (hər ikisi Danimarka), Zeynal Zeynalov (Azərbaycan)
Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycan)



31 mart

İrlandiya - Slovakiya
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov (hər ikisi Azərbaycan), Eduard Beytinqer (Almaniya)
Dördüncü hakim: Martin Petersen (GER)

Xəbər 853 dəfə oxundu.