Ağır atletika üzrə Azərbaycan birinciliyinə yekun vurulub
“Zirvə” idman klubunun AAAF Park Yaşayış Kompleksində yerləşən əsas yarış zalında ağır atletika üzrə 15 və 17 yaşadək oğlan və qızlar arasında Azərbaycan birinciliyinə yekun vurulub.

5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan turnirdə idmançılar beynəlxalq qaydalara uyğun çəki dərəcələri üzrə medallar uğrunda mübarizə aparıblar.

Yarışın sonuncu günündə 15 yaşadək idmançılar arasında Termenxan Babayev (62 kq), Əlimərdan Alxasov (69 kq), Almazxan Səfərov (77 kq), Ümid Bayramov (85 kq), Həsənbəy Həsənzadə (85 kq-dan yuxarı), 17 yaşadək atletlərin mübarizəsində isə Ülvi Səmədov (62 kq), Fərrux Fətəliyev (69 kq), Fuad Səlimov (77 kq), İsmayıl Hüseynov (85 kq), İsa İbrahimov (94 kq) və Asxab Kolayev (94 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 974 dəfə oxundu.