"Xəzər-Lənkəran" sabah hazırlığı bərpa edir
Ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununda "İnter” klubuna səfərdə 0:2 hesabı ilə məğlub olan "Xəzər Lənkəran” sərbəst buraxılıb.

Komanda ağır səfər matçından sonra bir gün istirahət edəcək. Komanda Lənkərana qayıtmadan martın 6-da "New Baku” otelində bir araya gələrək elə paytaxtda da məşq edəcək. Hazırlıq prossesi martın 6-da saat 13:30-da "Dalğa Arena” stadionunda keçiriləcək. Tələskənliyə səbəb isə qarşıdakı çempionat oyununa qədər hazırlıq üçün vaxtın az qalmasıdır.

Xatırladaq ki, "Xəzər Lənkəran” Premyer Liqanın XXV turu çərçivəsində mart ayının 8-də "Qarabağ” klubu ilə Bakıda qarşılaşacaq. Görüş T.Bəhramov adına stadionunda keçiriləcək.

Xəbər 796 dəfə oxundu.