Bakıda gimnastika üzrə açıq Azərbaycan çempionatı davam edir
Bakıda test-turniri xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatının yarışları davam edir.

Martın 5-də şəxsi yarışlara start verilib. Çempionatda 22 ölkədən 133 gimnast iştirak edir.

Açıq çempionatın birinci günündə gimnastikanın çoxnövçülük üzrə yarışlar keçirilib.

Çempionat martın 6-dək davam edəcək.

Xəbər 947 dəfə oxundu.