Bəxtiyar Abbasov növbəti döyüşünə çıxacaq
Azərbaycanın və “Qəbələ” idman klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti döyüşünə çıxacaq.

Həmyerlimiz martın 5-də Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq “Polad döyüşçülər” (“Stalnıe voinı”) adlı döyüş gecəsində iştirak edəcək.

O, ukraynalı Aleksandr Boyko ilə üz-üzə gələcək. Ukraynalı idmançı peşəkar rinqdə 20 döyüş keçirib və bunlardan 12-də qalib gəlib. B.Abbasovun 12-si qələbə və 4-ü məğlubiyyət olmaqla 16 döyüş keçirib. İyirmi doqquz yaşlı idmançımız 5 ildən artıqdır peşəkar MMA döyüşlərində çıxış edir.

Xəbər 738 dəfə oxundu.