“Simurq” da Antalyanı seçdi
“Simurq” da digər klublarımızdan örnək götürərək, təlim-məşq toplanışı üçün məkanı Türkiyənin Antalya şəhərini seçib. İdman.com.az saytının məlumatına görə, hazırlıq “Mərdan Spor Kompleksin”də baş tutacaq.
Sergey Yuranın komandası yanvarın 31-nə qədər burada qalacaq. Toplanışa tam heyətlə qatılan komandanın 3 yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub.
Komandanı Antalyaya məşqçilər – İqor Getmanla Emil Balayev aparıb. Baş məşqçi Moskvadan birbaşa Antalyaya yollanacaq.

Toplanışa komandanın heyətinə yeni cəlb edilmiş Nicat Qurbanov, Emin Cəfərquliyev, Dmitri Kramarenko və Ruslan Poladovla yanaşı, baxışa çağrılmış bir necə yerli və əcnəbi futbolçular da qatılıb. Belə ki, Zaqatala klubu “Turan”dan Rəşad Orucovla əvəzedici heyətindən Elçin Süleymanovu da Antalyaya aparıb. Antalyada komandaya baxışa çağırılmış üç əcnəbi qoşulacaq.

“Simurq” ilk yoxlama oyununu Qazaxıstanın “Kaysar” klubuna qarşı keçirəcək. Oyun yanvar 21-də, saat 15.00-da “Mardan İdman Kompleksi”dən baş tutacaq. Digər qarşılaşmalar isə yanvarın 27 və 31-də baş tutacaş. Rəqiblərin kimliyi hələ bəlli deyil.
“Simurq” Antalyadan sonra hazırlıqları Zaqatala şəhərində davam etdirəcək. Fevralın 3-də “Rəvan”la yoldaşlıq oyununun keçirilməsi də nəzərdə tutulub.

Xəbər 935 dəfə oxundu.