Azərbaycan güləşçiləri Yakutskda birincilik uğrunda yarışaçaqlar
Martın 7-8-də Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunan sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək.

Turnirdə gənclərdən ibarət sərbəst güləş yığmamızın 3 üzvü qüvvəsini sınayacaq. Yığma komandamızın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi ilə turnirə yola düşən heyətdə Əfqan Xaşalov (55 kq), Pənah İlyaslı (66 kq) və Turxan Qurbanov (96 kq) yer alıb.

Turnirin proqramına əsasən, martın 7-də 50, 60, 74 və 96 kiloqram, martın 8-də isə 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində güləşçilər mübarizə aparacaqlar.

Xəbər 775 dəfə oxundu.