“Zirvə” yenə zirvədədir: Azərbaycan birinciliyindən 28 medal
27 fevral – 2 mart tarixlərində “Zirvə” İdman Klubunun AAAF Park Yaşayış Kompleksində yerləşən əsas yarış zalında Ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçirildi.

“Zirvə” İdman Klubunun atletləri iki yarış günü ərzində möhtəşəm çıxış nümayiş etdirdilər. Mümkün olan 39 medaldan 28-ni əldə edən idmançılarımız birinciliyin şəksiz liderinə çevrildilər. Yeniyetmə ağır atletlərimiz bütün çəkilərdə inamla mübarizə apardılar və onlara edilən etimadı artıqlamasyıla doğrultdular.

Azərbaycan ağır atletikasının lokomotivi sayılan “Zirvə” İdman Klubunun rəhbərliyi bu gözəl qələbədə əməyi olan hər kəsi təbrik edir, qarşıdakı yarışlarda da uğurların davamının gəlməsini arzulayır.

Əlavə edək ki, bu yarış 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunmuşdur. Qeyd edək ki, bu gün bu əlamətdar tarixin 10 ili tamam olur. 1995-ci il mart ayının 5-də Ulu öndər Heydər Əliyev Bakı idman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur. 5 mart tarixinin ölkəmizdə bədən tərbiyəsi və idman gününü Prezident İlham Əliyev Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamında öz əksini tapmışdır.

Xəbər 895 dəfə oxundu.