Van der Vaart da Amerikaya gedir
"Sportinq Kanzas Siti" "Hamburq"un yarımmüdafiəçisi Rafael van der Vaartla maraqlanır. Bu barədə Bild məlumat yayıb. 32 yaşlı futbolçunun Almaniya klubuyla müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Buna görə də o, Amerika komandasına havayı keçə bilər. "Kanzas Siti" van der Vaarta illik 4,8 milyon dollar məbləğində maaş təklif edib.

Qeyd edək ki, hollandiyalı xavbek bu mövsüm bütün turnirlərdə 18 oyun keçirib və 5 qol vurub.

Xəbər 1005 dəfə oxundu.