Superliqa: "Lokomotiv" "Azəryol"a qalib gəldi
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XI turun təxirə salınan oyunu keçiriləcək. Voleybol Mərkəzində təşkil olunacaq III dövrənin son qarşılaşmasında “Azəryol” “Lokomotiv”i qəbul edəcək.

Matçın gərgin keçəcəyi gözləniləndi. Çünki ilk 2 dövrədə öz aralarında 3 xal qazanıb, 3 xal itirən komandalar bu dəfə bir-birini daha yaxşı tanıyırlar. “Azəryol” qələbə qazanmaqla, ikinci pillədəki yerlərini qorumağa və lider “Rabitə” ilə xal fərqini azaltmağa çalışacaq. “Lokomotiv” isə rəqibini qabaqlamaqla, 1 pillə irəliləmək arzusundadı.

2 mart
“Azəryol” – “Lokomotiv” - 1:3 (25:14, 14:25, 19:25, 22:25)
Voleybol Mərkəzi

İlk dövrə: “Azəryol” – “Lokomotiv” - 2:3 (26:24, 22:25, 25:22, 26:28, 11:15)
İkinci dövrə: “Lokomotiv” – “Azəryol” - 2:3 (23:25; 25:22; 25:13; 19:25; 7:15)

Xəbər 795 dəfə oxundu.