Rioya ilk xallar qazanıldı
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada təşkil olunan Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük "İzola" Qran-Prisində Rio-2016 Yay Olimpiya Oyunlarına ilk lisenziya xallarını qazanıb.

Yarışda 8 velosipedçi ilə təmsil olunan komanda üzvlərimizdən ən yüksək nəticəyə Maksim Averin imza atıb. Yığma komandamızın üzvü 160.3 km-dən ibarət marşrutu qalibdən 1 dəqiqə, 14 saniyə sonra başa vurmaqla yekunda 5-ci yeri tutub və aktivinə 10 reytinq xalı yazıb. Averin həmçinin sprinterlərin mübarizəsində 2-ci olub.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından öncəki il də daxil olmaq şərtilə, velosipedçilər təmsil etdikləri qitənin beynəlxalq yarışlarında mübarizə aparmaqla 4 illiyin zirvə yarışına lisenziya xalları toplayırlar.

Xəbər 784 dəfə oxundu.