"Synergy Baku" Xorvatiyada yarışacaq
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada daha bir turnirdə mübarizə aparacaq. Velosipedçilərimiz martın 1-də Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük "İzola" Qran-Prisində çıxış edəcəklər.

Komandamız yürüşdə 8 nəfərlə təmsil olunacaq ki, bunlardan da 3-ü "Synergy Baku"nun heyətində debüt edəcək. Söhbət Elgün Əlizadə, Yannis Tamuridis və Dennis van Vindendən gedir. Bu yarış Azərbaycanın gənclər yığmasının üzvü Elgün Əlizadə üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki gənc velosipedçimiz klub səviyyəsində özünün ilk yarışında iştirak edəcək.

Digər 5 velosipedçiyə gəlincə, bunlar Maksim Averin, Ənvər Asanov, Markus Eybeger, İsmayıl İlyasov və Samir Cəbrayılovdur.

Xəbər 653 dəfə oxundu.