“Baku Fires” klubu səfərdə Argentinanın “Argentina Condors” komandası ilə qarşılaşıb
Ümumdünya Boks Seriyasının (WSB) 7-ci turunda Azərbaycanın “Baku Fires” klubu səfərdə Argentinanın “Argentina Condors” komandası ilə qarşılaşıb. “Baku Fires” cari mövsümdə ilk dəfə səfər qarşılaşmasında qalib gəlib - 4:1.

Döyüşlərin nəticələri:

Argentina Condors - Baku Fires

49 kq. Leandro Zarate – Məhəmməd İbiyev – 3:0 (49:46, 49:46, 49:46).

56 kq. İqnasio Perrin – Məhəmməd Qurbanov - 0:3 (46: 49, 45:50, 45:50).

64 kq. Leandro Amitrano – Heybətulla Hacəliyev – 0:3 (45:50, 45:50, 43:50).

75 kq. Alberto Lebenstajn – Nikolay Veselov – 0:2 (47:48, 46:49, 45:50).

91 kq. Daniel Blanş – Abdulqadir Abdullayev – 0:3 (41:50, 44:50, 43:50).

“B” qrupunda digər nəticələrə gəlincə, “Astana Arlans” doğma divarlar arasında “İtalia Thunder “ komandasını 3:2 hesabı ilə məğlub edib. “Puerto Riko Hurricanes” klubu USA “Knockouts” üzərində 3:2 hesabı ilə qələbə qazanıb. “Rafako Hussars Poland” isə səfərdə “Caciques Venezuela” komandasına 2:3 hesabı ilə uduzub.

.

Turnir cədvəli:

1. Astana Arlans – 21 xal, döyüşlərin fərqi –(29-6)

2. USA Knockouts –16, (20-15)

3. Baku Fires – 14, (22-13)

4. İtalia Thunder – 13, (19-15)

5. Puerto Riko Hurricanes – 11, (14-21)

6. Caciques Venezuela – 10, (14-21)

7. Rafako Hussars Poland - 7, (14-21)

8. Argentina Condors – 1, (7-27)

“Baku Fires” növbəti görüşünü martın 7-də Milanda “İtalia Thunder”ə qarşı keçirəcək.

Xəbər 1020 dəfə oxundu.