Kişilərdən ibarət milli komandamız “Luxor Open” və “Qatar Open”-də
Kişilərdən ibarət milli komandamız Misir Ərəb Respublikasının Lüksor şəhərinə yollanır. 27 fevral-01 mart tarixində təşkil edilən və sayca 2-ci olan G2 kateqoriyalı “Luxor Open”-ə qatılacaq millimiz, turnirdə 11 taekvondoçu ilə təmsil olunacaq.Xatırladaq ki,ötən il komanamızın üzvləri bu yarışda 3 qızıl və 3 gümüş medal qazanmışdır.

Turnir başa çatandan sonra millimiz birbaşa daha bir beynəlxalq yarışa qatılacaq.Belə ki, kişilərdən ibarət komanda 06-07 mart tarixlərində Qətərin paytaxtı Doha şəhərində sayca 1-ci dəfə keçiriləcək “Qatar Open”-də də eyni heyətlə mübarizəyə qatılacaq.Komandanın baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanov aşağıda adları göstərilən taekvondoçuları turnirə cəlb edib.

1.Natiq Abdullayev (-54 kg)

2.Mikayıl Əliyev (-58kg)

3.Maqomedyasin İbraqimov (-58 kg)

4.Məhəmməd Məmmədov (-63kg)

5.Kamil Abdulrazakov (-63kg)

6.Ayxan Tağızadə (-68kg)

7.Fariz Əliyev (-68 kg)

8.Səid Quliyev (-74kg),

9.Elvin Məmmədov (-74kg)

10.Radik İsayev (-87kg)

11.Ceyhun Həsənli (+87kg)

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Nağı Səfərov və Niyammədin Paşayevin rəhbərliyi ilə yarışlara qatılacaq taekvondoçularımız 8 martda vətənə dönəcəklər.

Xəbər 838 dəfə oxundu.